Əziz GƏNC!
🗣 Yeni fürsətlə qarşınızdayıq!
💼 “İş dünyasında Z nəsli: Peşəkardan öyrən” layihəsinə qoşul, peşəkar mühitdə özünü sınamaq və uğur qazanmaq şansı əldə et!
💡 Layihənin məqsədi, gənclərin iş dünyasına daha yaxşı inteqrasiya olunmasına, onların əmək bazarının tələblərinə uyğun olaraq peşəkar inkişafına töhfə verməyə yönəlib.
🫵🏼 Layihə iştirakçıları 3 ay müddətində müxtəlif sahələr üzrə uğurlu biznes rəhbərləri, bank sektorunun nümayəndələri və əmək bazarında söz sahibi olan peşəkarlarla bir araya gələrək müxtəlif sahələrdə dəyərli biliklər əldə edəcəklər.
🏅Layihənin yekun mərhələsində uğurlu iştirakçılar sertifikatlarla mükafatlandırılacaqlar.
🏅 Layihə müddətində xüsusi aktivlik göstərmiş 2 nəfər iştirakçıya Dünya Azərbaycanlıları Gənclər Təşkilatının Azərbaycan və ya İngilis dillərində rəsmi tövsiyə məktubu təqdim ediləcək.
⏰ Son tarix: 26 mart saat 18:00