Avstriya Elm və Texnologiya İnstitutunun (ISTA) təqdim etdiyi ISTA-Fellow proqramı, təbiət elmləri, kompüter elmləri, riyaziyyat və əlaqəli sahələrdə doktorantura təhsilini tamamlamış və ya yaxın zamanda tamamlayacaq olan tədqiqatçılar üçün nəzərdə tutulmuş tam maliyyələşdirilən 2 illik postdoktoral proqramdır. Proqram yüksək ixtisaslı tədqiqatçılara öz müstəqil layihələrini təqdim etmək və ISTA daxilində ev sahibliyi edəcək bir tədqiqat qrupunda çalışmaq imkanı yaradır.
Əsas Məlumat:
- Ev sahibi ölkə: Avstriya
- Ev sahibi institut: Institute of Science and Technology Austria (ISTA)
- Proqramın müddəti: 2 il (tam ştatlı iş müqaviləsi)
- Rəsmi proqram dili: İngilis
- Son müraciət tarixi: 15 sentyabr 2025
- Başlama tarixi: Ən geci 15 iyun 2026
- İllik minimum əmək haqqı: 72,100 avro (brüt)
- Əlavə imkanlar:
- Sosial təminat və sığorta
- Viza dəstəyi
- Layihə üçün əlavə büdcə (konfranslar, materiallar, xidmətlər və s.)
- Müvəqqəti yaşayış üçün kampusda mənzil imkanı
- Alimlər və onların ailələri üçün inteqrasiya məqsədilə alman dili kursları
Elmi Sahələr:
Namizədlər aşağıdakı sahələrdə istənilən tədqiqat istiqamətində layihə təklif edə bilərlər:
- Biologiya
- Neyroelmlər
- Riyaziyyat
- Məlumat və Kompüter elmləri
- Fizika
- Kimya
- Yer elmləri və Astronomiya
Ətraflı sahə siyahısı və tədqiqat qrupları üçün:
https://ist.ac.at/en/research
Uyğunluq Tələbləri:
- Bütün ölkələrdən olan namizədlər müraciət edə bilər
- Müraciət tarixində PhD diplomuna malik olmalı və ya ən geci 15 iyun 2026 tarixinədək doktorantura təhsilini tamamlamalıdır
- 01/09/2025 tarixindən əvvəl artıq ISTA-da çalışanlar müraciət edə bilməz
- Müraciət etməzdən əvvəl ISTA-da fəaliyyət göstərən bir professor/tədqiqat rəhbəri ilə əlaqə saxlayıb, onu layihənin əsas ev sahibi kimi müəyyən etmək vacibdir
- Layihə təklifiniz seçdiyiniz tədqiqat qrupunun elmi istiqamətinə uyğun olmalıdır, əks halda layihə uyğunsuz hesab edilə və qəbul olunmaya bilər
Tələb olunan sənədlər:
- Tədqiqat təklifi (maksimum 5 səhifə, istinadlar xaric)
- CV
- Akademik xülasə (1 səhifə – 3 əsas elmi nailiyyət və seçilmiş işlər)
- Motivasiya məktubu
- Etik Öz Qiymətləndirmə Forması (Ethics Self-Assessment)
- PhD diplomu və ya transkriptlər
- 3 tövsiyə məktubu
- Tövsiyəçilər akademik rəhbərlər və ya tanınmış tədqiqatçılar olmalıdır
- Əgər sənaye təcrübəniz varsa, bir məktub qeyri-akademik rəhbər tərəfindən təqdim edilə bilər
- Seçdiyiniz ev sahibi professor tövsiyəçi ola bilməz
Seçim Prosesi və Müraciət Qaydası
Bu proqram öz tədqiqat layihəsini azad şəkildə həyata keçirmək, beynəlxalq elmi icma ilə əməkdaşlıq qurmaq və Avropanın qabaqcıl tədqiqat institutlarından birində çalışmaq istəyən tədqiqatçılar üçün unikal fürsətdir.



