İstehsalat proseslərinin planlı və effektiv şəkildə təşkili üçün departament rəhbərinə gündəlik operativ və inzibati işlərdə dəstək göstərmək, istehsalat axınının koordinasiyasına yardım etmək məqsədilə komanda yoldaşı axtarırıq.
Əsas vəzifələr:
-Departament müdirinin tapşırıqlarının icrasında iştirak və icrasına nəzarət
-Gündəlik istehsalat tapşırıqlarının icra vəziyyətini izləmək və məlumatlandırmaq
-İstehsalat planlarının hazırlanması və icrasına kömək etmək
-Müxtəlif istehsal bölmələrindən məlumat toplamaq və rəhbərliyə təqdim etmək
-İstehsal prosesində yaranan operativ məsələlərin koordinasiyasında iştirak
Namizədə tələblər:
-Ali və ya orta ixtisas təhsili (mühəndislik, istehsalat, iqtisadiyyat və ya idarəetmə sahəsində)
-İstehsalat və ya ofis işində minimum 1-2 il təcrübə
-Təşkilatçılıq və operativ düşünmə bacarığı
-MS Office və 1C proqramları ilə sərbəst işləmək bacarığı
-Yüksək məsuliyyət və komanda ilə işləmə bacarığı
İş şərtləri:
İş qrafiki: 6 gün
Əmək haqqı: Müsahibə əsasında
İş yeri: Damla Mebel Fabriki, Masazır
Nəqliyyat: Şirkət tərəfindən təmin olunur (müəyyən ərazilər üzrə)
Müraciət üçün:
CV-lərinizi “İstehsalat müdirinin köməkçisi” başlığı ilə hr@damlamebel.az ünvanına göndərin.
Son müraciət tarixi: 31.07.2025