Əziz dostlar,
Ümid edirik ki, İsveçdəki yeni təhsil yolculuğunuzdan əvvəlki hazırlıq dövrü sizin üçün faydalı və maraqlı keçir.
Sevinc hissi ilə sizinlə bölüşmək istəyirik ki, 10 may 2025-ci il tarixində, saat 1 PM-də SSANA komandası olaraq İsveçdə təhsilə hazırlaşan tələbələr üçün bir tanışlıq görüşü təşkil edirik.
Bu görüşün məqsədi, bir-birimizi daha yaxından tanımaq, sizə faydalı ola biləcək məlumatları paylaşmaq, suallarınızı dinləmək və fikir mübadiləsi aparmaqdır. Həmçinin bu, digər tələbələrlə tanış olub fikir və təcrübələrinizi bölüşmək üçün gözəl fürsət olacaq.
Görüş İsveçin məşhur fika (qəhvə və şirniyyatla keçirilən səmimi söhbət) formatında keçiriləcək və rahat, mehriban bir atmosferdə baş tutacaq.
📍 Tədbirin dəqiq məkanı qeydiyyatdan sonra e-mail vasitəsilə sizinlə paylaşılacaq.
Sizinlə tanış olmaq və bu yolda sizə dəstək olmaq üçün səbirsizliklə gözləyirik!
İsveçdə təhsilə hazırlaşan tələbələr üçün bir tanışlıq görüşü baş tutacaq.
OXŞAR POSTLAR