Məkan: VITERBO, İtaliya
Koordinasiya edən təşkilat: MUOVIMENTE SOCIETA COOPERATIVA SOCIALE
Göndərən təşkilat: “Common Sense” Gənclər Təşkilatı
Layihə çərçivəsində üç əsas fəaliyyət növü həyata keçiriləcək:
Sosial təsərrüfat
Bu fəaliyyət, müxtəlif səbəblərdən cəmiyyətə tam inteqrasiya olunmaqda çətinlik çəkən şəxslərin (psixoloji və ya fiziki çətinlikləri olanlar, asılılıqdan qurtulmaqda olan şəxslər, yetkinlik yaşına çatmayanlar və miqrantlar )dəstək almasını və cəmiyyətə uyğunlaşmasını təşviq edir. Sosial təsərrüfatın əsas dəyəri ondan ibarətdir ki, iştirakçılar real həyat mühitində fəaliyyət göstərməklə öz potensiallarını daha yaxşı kəşf edib inkişaf etdirə bilirlər.
Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün gündəlik mərkəz:
Bu mərkəz, zehni inkişafında fərqlilik olan uşaqlar və böyüklər üçün nəzərdə tutulub. Könüllülər burada hər iş günü müxtəlif fəaliyyətlərə qatılırlar: əllə hazırlanan sənət nümunələri və yaradıcı məşğələlər (bəzək əşyaları, fiqurlar, rəsm və s.), təkrar istifadə və mətbəx emalatxanası (birgə yemək hazırlığına qatılmaq, eyni zamanda İtalyan mətbəxi ilə yaxından tanış olmaq).
Miqrantlarla iş mərkəzi:
Bu fəaliyyət, gündəlik mərkəzlərdə və ya yaşayış evlərində uşaqlardan və böyüklərdən ibarət miqrant qrupları ilə işləməyi əhatə edir.
Layihənin müddəti: 01/09/2025 – 31/08/2026
Son müraciət tarixi: 15/08/2025, saat 00:00
Formu doldurmayan müraciətlər etibarsız sayılacaq. Zəhmət olmasa, unutmayın və formu mütləq doldurun.
Bütün xərclər European Solidarity Corps tərəfindən qarşılanır.
İştirak haqqı yoxdur!
Dil: İngilis dili
Yerləşmə, yemək və nəqliyyat təşkilatı:
Könüllülər üçün nəzərdə tutulmuş mənzildə lazımi şərait təmin olunub; ümumi mətbəx, iki nəfərlik otaqlar (cinsə uyğun yerləşmə). Səhər və digər yeməklər könüllülər tərəfindən təşkil ediləcək. İstirahət və bayram günləri üçün əlavə ərzaq pulu təqdim olunacaq. Həmçinin, könüllülərə bölgə daxilində COTRAL ictimai nəqliyyatından istifadə etmək üçün illik nəqliyyat kartı veriləcək.
Müraciət şərtləri və tələblər:
Biz motivasiyalı, pozitiv və çevik könüllülər axtarırıq – başqaları ilə birlikdə yaşamağa və təcrübə bölüşməyə açıq olan şəxslər. Bu bir könüllü xidmətdir və biz müraciət edən şəxslərin ESC layihələri barədə məlumatlı, açıq fikirli və xidmət ruhuna sahib olmalarını gözləyirik. Bu İtaliyada tətil deyil – bu həm öyrədici, həm də inkişaf etdirici bir təcrübədir.
Göndərən təşkilat haqqında məlumat
Təşkilatın adı: “Common Sense” Gənclər Təşkilatı
OID nömrəsi: E10200624
Şəhər və ölkə: Sumqayıt, Azərbaycan
Məsul şəxs (adı və soyadı): Ramiz Əliyev
E-poçt ünvanı: evs@csyo-az.org