Bank haqqında
Biz Azərbaycanda ən çox sayda müştəriyə rəqəmsal xidmətlər göstərən və sahədə trendləri müəyyən edən aparıcı bankıq. Ölkədə ilk dəfə ekosistem çərçivəsində biznes və texnologiya həllərini təqdim edən Bir Bank-da işləmək dinamik, sürətlə inkişaf edən və çevik bir mühitin parçası olmaq deməkdir. Ofislərimiz daim müştərilərimizin ehtiyaclarına cavab verən yüksək səviyyəli məhsullar yaratmağa və əməkdaşlarımız üçün daha yaxşı iş şəraiti təmin etməyə yönəlmiş müzakirələrlə doludur.
Bir Bank – məqsədlərin fürsətə çevrildiyi yerdir. Biz hər bir əməkdaşımıza geniş tədris, inkişaf və karyera yüksəlişi imkanları təqdim edirik. Ən əsası isə – əməkdaşların öz ideyalarını reallaşdıra biləcəyi unikal bir iş mühiti yaradırıq. Bankımızda öz yerini tut və məqsədlərinə bir addım da yaxınlaş!
Vəzifə haqqında
Bir Bank sizi UX/UI üzrə Product Designer (UX/UI) – intern komandamıza qoşulmağa dəvət edir!
Vəzifə öhdəlikləri
- UX/UI dizayn komandası ilə sıx əməkdaşlıq edərək istifadəçi mərkəzli rəqəmsal interfeyslərin yaradılmasına dəstək vermək
- Mövcud məhsul təcrübələrini araşdırmaq və təkmilləşdirmə təklifləri vermək
- Yeni və ya təkmilləşdirilmiş funksiyalar üçün wireframe-lər (skeletlər), istifadəçi axınları və prototiplər yaratmaq
- Figma və ya oxşar dizayn platformalarından istifadə etməklə vizual dizayn tapşırıqlarında iştirak etmək
- Komanda və maraqlı tərəflərdən gələn rəyə əsasən dizaynları təkmilləşdirmək
- İstifadəçi tədqiqatı və istifadə rahatlığı testlərində iştirak etmək
- Bankın rəqəmsal məhsullarının inkişafı və təkmilləşdirilməsinə töhfə vermək
Tələblər
- UX/UI prinsipləri və dizayn düşüncə yanaşması haqqında ilkin anlayış
- Figma, Adobe XD və ya Sketch kimi dizayn alətləri ilə tanışlıq
- İstifadəçi mərkəzli dizayna və intuitiv rəqəmsal təcrübə yaratmağa maraq
- Wireframe, prototiplər və istifadəçi axınları barədə biliklər (üstünlükdür)
- Mobil və veb platformalar üzrə əsas anlayışlar
Təklif etdiklərimiz
- Müştəriyönümlü yanaşma: Müştərilərimizin ehtiyaclarını, vərdişlərini və gözləntilərini ön planda tuturuq
- Multikultural mühit: Müxtəlif baxış bucaqlarına dəyər veririk, inklüzivlik, açıqlıq və əməkdaşlığı təşviq edirik
- Rəqabətli əmək haqqı: Rəqabətə davamlı əmək haqqı, tibbi sığorta və illik performans bonusu təqdim edirik
- İnkişaf imkanları: Aydın karyera yolları, fərdi inkişaf planları və onlayn kurslar vasitəsilə əməkdaşların inkişafına sərmayə qoyuruq
- Müasir iş mühiti: Rahat və dinamik ofis mühitindən zövq al
- Sərbəst geyim qaydası: Rahat geyin və öz üslubunu ifadə et