SOCAR Downstream komandası Mexanika Mühəndisi vəzifəsinə yeni mütəxəssislər axtarır. Əgər sən mexaniki avadanlıqların istismarı, təmiri və texniki xidmət sahəsində təcrübəyə maliksənsə, bu fürsət sən üçündür!
Vəzifənin məqsədi
Zavod ərazisində mexaniki avadanlıqların istismarı, təmiri və texniki xidmət işlərinin vaxtında və standartlara uyğun həyata keçirilməsini təmin etmək.
Əsas vəzifə öhdəlikləri
• Mexaniki avadanlıqların istismarına nəzarət etmək və onların səmərəli işləməsini təmin etmək
• Təmir və texniki xidmət işlərinin planlaşdırılması və icrası
• Avadanlıqların vəziyyətinin monitorinqi və nasazlıqların aradan qaldırılması
• Texniki sənədlərin hazırlanması və yenilənməsi
• Təhlükəsizlik və ətraf mühit standartlarına riayət olunmasına nəzarət etmək
• Təlimatların və prosedurların hazırlanması və tətbiqi
Tələblər
• Mühəndislik üzrə bakalavr dərəcəsi (Mexanika mühəndisliyi və ya əlaqəli sahə)
• Neft-qaz, neft-kimya və ya sənaye sektorunda layihə mühəndisliyi üzrə minimum 5 il iş təcrübəsi
• Mexaniki avadanlıqların istismarı və təmiri sahəsində təcrübə
• Azərbaycan və İngilis dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı
• Layihə sənədlərinin və spesifikasiyaların hazırlanması bacarığı
• Rəsmi məktubların və protokolların hazırlanması üzrə təcrübə
• Komanda ilə əməkdaşlıq etmək və dəyişən layihə mühitinə tez uyğunlaşmaq bacarığı