Beynəlxalq təcrübə fürsəti axtarırsınız? KAUST Təcrübə Proqramı 2025-ə müraciət edin!
King Abdullah Elm və Texnologiya Universitetində (KAUST) keçirilən bu tam maliyyələşdirilən proqram 3-6 ay müddətində aparılır və bütün dünya üzrə tələbələr üçün açıqdır.
🌍 Proqram haqqında
Bu beynəlxalq təcrübə proqramı tələbələrə elmi-tədqiqat sahəsində çalışmaq və müxtəlif mədəni fəaliyyətlərdə iştirak etmək imkanı yaradır. KAUST VSRP (Visiting Student Research Program) çərçivəsində iştirakçılar yüksək səviyyəli laboratoriyalara və mütəxəssislərə birbaşa çıxış əldə edəcəklər.
🧪 Təklif olunan sahələr:
- Bio mühəndislik
- Biologiya
- Kompüter elmləri
- Kiber təhlükəsizlik
- Dəniz elmləri
- Ətraf mühüt elmləri
- Material elmləri
- Yer elmləri
- Tətbiqi riyaziyyat
- Elektrik mühəndisliyi
- Mexanika mühəndisliyi
- Statistika
- Bitki elmləri
- Enerji və neft mühəndisliyi
- Kimya mühəndisliyi
📅 Proqramın müddəti:
Minimum 3 ay, maksimum 6 ay
👥 Qəbul olunan tələbə sayı:
130 beynəlxalq tələbə (hər il)
📌 Kimlər müraciət edə bilər?
✔️ Bakalavrın 3-cü kursunda olan və ya məzun olmuş tələbələr
✔️ Magistr təhsili alan tələbələr
✔️ Minimum GPA 3.5/4.0 (bəzi layihələr üçün 3.6 və yuxarı tələb oluna bilər)
✔️ İngilis dilində yaxşı səviyyədə danışıq və yazı bacarığı
✔️ Lazımi sənədləri təqdim edə bilən şəxslər
✔️ Bütün ölkələrdən beynəlxalq tələbələr üçün açıqdır
💼 Təqaüd və təminatlar:
✅ Aylıq 1000 ABŞ dolları məbləğində təqaüd
✅ Şəxsi hamamı olan yataqxana otağı
✅ Gediş-dönüş aviabiletləri
✅ Viza xərclərinin ödənilməsi
✅ Tibbi sığorta
✅ Sosial və mədəni fəaliyyətlərdə iştirak
✅ Peşəkar mühitdə real təcrübə imkanı
✅ KAUST icma resurslarına çıxış
📄 Tələb olunan sənədlər:
- İngilis dilində rəsmi transkriptlər
- Tövsiyə məktubu
- Şəxsi motivasiya məktubu
- Etibarlı pasport
- CV (tərcümeyi-hal)
Bu proqram Səudiyyə Ərəbistanında beynəlxalq tələbələr üçün mövcud olan ən prestijli təcrübə fürsətlərindən biridir. Əgər sən də beynəlxalq elmi mühitdə bacarıqlarını inkişaf etdirmək istəyirsənsə, bu fürsəti qaçırma!