20 sentyabr tarixində “Kibertəhlükəsizlikdə Qadınlar: Karyera və Təhsil” adlı tədbir baş tutacaq.
Mərkəzimiz, “Women in Cybersecurity Azerbaijan” və “Texio Academy”-in birgə əməkdaşlığı ilə təşkil olunan bu proqram qadınların bu sahədə daha fəal iştirakını təşviq etməyi və onların peşəkar inkişafına dəstək göstərməyi hədəfləyir.
Proqramda sizi nələr gözləyir?
▪ Kibertəhlükəsizlik sahəsində təhsil, təqaüd və könüllülük imkanları barədə məlumat;
▪ Spikerlərlə interaktiv panel sessiyaları və real uğur hekayələri;
▪ Praktik məsləhətlər və şəbəkələşmə fürsətləri.
Bu sahəyə marağı olan tələbələr, gənc mütəxəssislər və karyerasını kibertəhlükəsizlikdə görənlər üçün əvəzolunmaz bir fürsətdir.
Məkan: Gənclik Plaza, AİM
Tarix: 20 sentyabr
Saat: 09:30
Son qeydiyyat tarixi 17 sentyabrdır.
“Kibertəhlükəsizlikdə Qadınlar: Karyera və Təhsil” adlı tədbir baş tutacaq.
OXŞAR POSTLAR