spot_img
HomeKaryeraLaboratoriya Metodlarının Tətbiqi üzrə Mütəxəssis Vakansiyası
spot_img

Laboratoriya Metodlarının Tətbiqi üzrə Mütəxəssis Vakansiyası

Bayramlı Group olaraq komandamıza Laboratoriya Metodlarının Tətbiqi üzrə Mütəxəssis vəzifəsi üzrə peşəkar və inkişaf yönümlü əməkdaş axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Müştərilərə laboratoriya avadanlıqları və diaqnostik dəstlərin tətbiqi üzrə nəzəri və praktiki təlimlərin keçirilməsi
  • PCR, qPCR, ddPCR, ELISA, mikrobioloji analizlər, hüceyrə kulturası və digər laboratoriya metodikaları üzrə tətbiqi dəstəyin göstərilməsi
  • Avadanlıqların quraşdırılması və işə salınması prosesində iştirak
  • Müştəri sorğularının təhlili və optimal həll yollarının təqdim edilməsi
  • Metodiki sənədlərin və istifadəçi təlimatlarının hazırlanması
  • Müştəri məmnunluğunun təmin edilməsi və davamlı əməkdaşlığın qorunması
  • Yeni laboratoriya məhsullarının tətbiqi ilə bağlı araşdırmaların aparılması
  • Təlim laboratoriyasında aylıq proqram əsasında təlimlərin təşkili və keçirilməsi

Vəzifə tələbləri:

  • Biologiya, Biotexnologiya, Molekulyar Biologiya, Mikrobiologiya və ya əlaqəli sahələr üzrə ali təhsil
  • PCR/qPCR/ddPCR, ELISA, Western blot, mikrobiologiya, hüceyrə kulturası və digər laboratoriya metodları üzrə nəzəri və praktiki biliklər
  • Kimyəvi analiz metodları üzrə biliklər üstünlükdür
  • Laboratoriya avadanlıqları ilə işləmə bacarığı
  • Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı
  • Müştəri yönümlü yanaşma və problem həll etmə bacarığı
  • Azərbaycan, ingilis və rus dillərində sərbəst danışıq və yazı bacarığı

Qeyd: Ölkə daxili və xarici ezamiyyətlərə hazır olmaq tələb olunur.

Müraciət qaydası:
CV-nizi career@bayramligroup.com elektron ünvanına, mövzu hissəsində “Laboratoriya Metodlarının Tətbiqi üzrə Mütəxəssis” qeyd etməklə göndərməyinizi xahiş edirik.

Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar