SOCAR Downstream komandası aparıcı layihə mühəndisi vəzifəsi üçün yeni əməkdaş axtarır. Əgər sən də layihələrin inkişafında önəmli rol oynamaq və karyeranı yeni zirvəyə daşımaq istəyirsənsə, müraciət et.
Əsas vəzifə öhdəlikləri
• Layihə üzrə mühəndislik işlərinin vaxtında və düzgün aparılmasına nəzarət etmək
• Müəyyən olunmuş iş təlimatları və texniki standartlara əsaslanaraq mühəndislik işlərinin koordinasiyasını təmin etmək
• Digər disiplinlərlə əməkdaşlıq edərək tələb olunan məlumatları toplamaq və ümumi layihə sənədlərinə cavabdehlik daşımaq
• Podratçılar, istehsalçılar və tərəfdaşlarla texniki iclaslarda iştirak etmək, sifarişçi nümayəndəsi kimi qərarvermə prosesinə qoşulmaq
• Texniki sorğulara cavablandırılmasında iştirak etmək, rəsmi məktublaşmaların qeydiyyatını aparmaq
• Layihə sənədlərinin, spesifikasiyaların və iş həcminin siyahısını hazırlamaq
• Podratçı və istehsalçıların təkliflərini araşdırmaq, uyğunluğu qiymətləndirmək və rəy bildirmək
• Toplantıların təşkilində və protokolların hazırlanmasında iştirak etmək, müəyyən edilmiş addımların vaxtında icrasına nəzarət etmək
• Şirkətin keyfiyyət təminatı siyasəti və HSEE standartlarına riayət etmək
Tələblər
• Mühəndislik üzrə bakalavr dərəcəsi
• Neft-qaz, neft-kimya və ya sənaye sektorunda layihə mühəndisliyi üzrə minimum 5 il iş təcrübəsi
• Podratçılar, istehsalçılar və çoxdisiplinli komandalarla koordinasiya sahəsində təcrübə
• Azərbaycan və İngilis dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı
• Layihə sənədlərinin və spesifikasiyaların siyahısının tərtib olunması bacarığı
• Rəsmi məktubların və protokolların hazırlanması üzrə təcrübə
• Komanda ilə əməkdaşlıq etmə və dəyişən layihə mühitlərinə tez uyğunlaşma qabiliyyəti