“Leznik & Co.” şirkəti Kontent Yaradıcısı/Content Creator vəzifəsinə vakansiya elan edir.
Namizədin öhdəlikləri:
– Sosial şəbəkələr üçün kontentin (mətn/foto/video) yaradılması;
– Sosial şəbəkələrdə sorğuların cavablandırılması;
– Bazarın və aktual trendlərin analizi;
– Satış bölməsi ilə birgə/əlaqəli fəaliyyətin göstərilməsi;
– Həftəlik/aylıq reklam planının yaradılması və reklamların yerləşdirilməsi;
– Görülən iş və aşkarlanan problemlər barədə hesabatın tərtib edilməsi;
– Rəqiblərin araşdırılması;
– Korporativ saytın idarə edilməsi (müvafiq kontentin əlavə edilməsi, yenilənməsi, SEO-nun idarə edilməsi və s.);
– Potensial müştərilərin axtarışı üçün yeni kanalların yaradılması;
– Daxili və xarici marketinq tədbirlərinin təşkili və aparılması (promo-materiallar və xarici reklamlar).
Tələblər:
– Ali təhsil;
– Marketinq sahəsində bir ildən az olmayaraq iş təcrübəsi;
– Azərbaycan və Rus dillərini sərbəst bilmək və qrammatik düzgün yazının olması;
– Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq, ünsiyyətcil;
– Kompüter bilikləri: MS Office proqramları;
– Təşkilatçılıq qabiliyyəti;
– Zamanın idarə olunması və ünsiyyət/kommunikasiya bacarıqları.
Təqdim etdiyimiz iş şərtləri:
– Leznik&Co. ofisində individual iş yeri;
– Stabil, gecikməyən əmək haqqı;
– Mütəmadi təlimlər;
– Professional karyera inkişafı üçün mükəmməl perspektiv;
– İş qrafiki: 6 günlük iş rejimi
I – V günlər 10:00 – 18:00 aralığında (nahar fasiləsi daxil olmaqla), şənbə günləri isə 9:00 – 14:00 aralığı;
– Əmək haqqı razılaşdırma ilə təyin edilir.
Uyğun namizədlər cv-lərini hr@leznik.edu.az mail ünvanına göndərə bilər.
Qeyd: CV göndərərkən əmək haqqı gözləntinizi qeyd etməyiniz xahiş olunur.