Vəzifənin Məqsədi:
Şirkətin logistika əməliyyatlarının səmərəli, vaxtında və iqtisadi cəhətdən səmərəli şəkildə həyata keçirilməsini təmin etmək və təchizat zəncirini effektiv idarə etmək.
Əsas Vəzifə və Məsuliyyətlər:
Yükdaşımanın təşkili və əlaqələndirilməsi (xüsusilə avtomobil yolu ilə – ölkədaxili və beynəlxalq).
Daşınma və logistika şirkətləri ilə əməkdaşlığın qurulması və danışıqların aparılması.
Təchizatçılarla daimi əlaqədə olmaq və portfeli genişləndirmək.
Gömrük prosedurlarının izlənməsi və aidiyyəti sənədlərin hazırlanması.
Logistika xərclərinin təhlili və optimallaşdırılması.
Sifarişlərin izlənməsi və vaxtında çatdırılmasının təmin edilməsi.
Gündəlik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
İdxal/ixrac əməliyyatlarının təşkili və izlənməsi.
Tələb Olunan Bilik, Bacarıq və Keyfiyyətlər:
Rus və İngilis dillərini yazılı və şifahi şəkildə yüksək səviyyədə bilmək.
Logistika sahəsində 1-3 illik iş təcrübəsinə malik olmaq.
Geniş təchizatçı portfelinə və bazar biliklərinə sahib olmaq.
MS Office proqramlarından səmərəli istifadə edə bilmək.
Güclü ünsiyyət, danışıqlar aparmaq və komanda ilə işləmək bacarıqları.
Stres altında işləmək və problem həll etmə qabiliyyəti.
Diqqətli və məsuliyyətli olmaq.
🔘 Ə/H razılaşma yolu ilə
🔘 Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
🔘 Korporativ nömrə ilə təmin edilmə
🔘 6 günlük iş qrafiki
🔘 Ünvan – Əhməd Rəcəbli 27B
Müraciət üçün hr@mobilgroup.az ünvanına ” LOGİSTİKA ÜZRƏ MÜTƏXƏSSİS” başlığı ilə
CV -lərinizi göndərə bilərsiniz.