💼 Vakansiya: Böyük mütəxəssis (İnsan kapitalının inkişafı və əməkdaşların işə bağlılığı şöbəsi)
İşə götürən : Mərkəzi Bank
🔍 Tələblər:
• Ali təhsil
• Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
• Azərbaycan və ingilis dili yüksək səviyyədə.
• Effektiv kommunikasiya bacarığı, kritik düşüncə, təşəbbüskarlıq, yaradıcılıq, komanda işi və digər müvafiq davranış səriştəlikləri
📄 Öhdəliklər:
• İnsan kapitalının inkişafı üzrə proqram və layihələrin yaradılmasında iştirak etmək və hərəkat planının gedişatını təmin etmək;
• Vəzifələr üzrə kompetensiyaların müəyyənləşdirilməsində, qiymətləndirmə alətlərinin hazırlanmasında və istedad hovuzunun formalaşdırılmasında iştirak etmək və prosesə məsuliyyət daşımaq;
• İstedadın müəyyənləşdirilməsi, fəaliyyətin qiymətləndirməsi, təşkilat daxilində karyera inkişafı planlaşdırması metodologiyasının hazırlanması və həyata keçirilməsinə məsuliyyət daşımaq;
• Karyera inkişafı və davamçıların planlaşdırması (succession planning) proseslərinin qurulması və icrasını təmin etmək;
• Performansla bağlı müvafiq təlimatlar, metodologiyalar və təkmilləşdirmə təkliflərini hazırlamaq;
• İşə bağlılıq üzrə illik layihə və tədbirlərin planlaşdırılması, tətbiqi və nəticələrinin təhlilində iştirak etmək;
• Hər bir funksiya üçün real və ölçülə bilən hədəflərin qoyulması, performansın qiymətləndirilməsi, təhlili, qiymətləndirmə sonrası dəyərləndirmə daxil olmaqla təkliflərinin hazırlanması proseslərini icra etmək;
• Təcrübə proqramları, istedadların inkişafına fokuslanan proqramlarının təbliğat və seçim mərhələrini təşkil etmək və uyğun iştirakçıların seçilməsi üçün alətləri yeniləmək, istedadların performansının idarə olunmasına dair proseslərin gedişatını təmin etmək;
📩 Uyğun namizədlər https://www.cbar.az/hr/ linkinə daxil olaraq müvafiq vakansiyaya müraciət edə bilərlər.