📝Mədəniyyət Nazirliyi “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı” çərçivəsində bakalavriat və magistratura səviyyələri üzrə xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı sənəd qəbulu elan edir.
🚀Yaradıcı potensialını inkişaf etdirmək və MYS və mədəniyyətin müxtəlif sahələri üzrə əmək fəaliyyəti ilə məşğul olmaq istəyən, xarici ali təhsil müəssisələrinə qəbul olmuş və ya öz hesabına təhsil almaqda olan Azərbaycan Respublikası vətəndaşları təhsilin maliyyələşdirilməsi məqsədilə Təqaüd Proqramına müraciət edə bilərlər.
📊Bakalavriat və magistratura səviyyələri üzrə aşağıdakı ixtisaslaşma istiqamətləri üzrə xaricdə təhsilin maliyyələşdirilməsi həyata keçirilir:
- Audiovizual (musiqi, kino (o cümlədən animasiya), videoqrafiya və fotoqrafiya)
- Dəb sənəti
- Dizayn
- Kuratorluq
- Memarlıq
- Tədbirlərin təşkili
- Mədəni və yaradıcı sahə üzrə menecment
- Nəşriyyatlarla işin təşkili
- Oyun sənayesi
- Teatr, komediya və performans
- Yaradıcı texnologiyalar
📋Təqaüd Proqramına qəbul prosesi iki mərhələdən ibarətdir: sənədlərin qəbulu və müsahibə mərhələsi.
📌Müraciət prosesi mystart.az saytı üzərindən şəxsi kabinet sistemi vasitəsilə həyata keçirilir. Bu sayta daxil olmaqla Təqaüd Proqramında iştiraka dair qaydalarla, o cümlədən təqdim olunması tələb olunan sənədlərlə, üstünlük verilən ali təhsil müəssisələrinin və həmin müəssisələr üzrə ixtisas və ya proqramların siyahısı ilə tanış ola, öz müraciətinizi təqdim edə bilərsiniz.
❗Dövlət sifarişi və ya dövlət hesabına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və ya magistratura səviyyələri üzrə təhsilin normativ müddətinin yarısından artıq müddətdə təhsil alan, habelə Azərbaycan Respublikasının dövlət proqramları və beynəlxalq müqavilələri (hökumətlərarası təqaüd proqramları) çərçivəsində xarici ali təhsil müəssisələrində bakalavriat və ya magistratura səviyyələri üzrə təhsilini başa vurmuş proqram iştirakçılarının eyni təhsil səviyyəsi üzrə proqram iştirakçılarının seçilməsində namizəd qismində iştirakı nəzərdə tutulmur.