Elmə marağın var və akademik mühitdə biliklərini paylaşmaq istəyirsən? Elə isə “Məqalə Saatları” layihəsində iştirak et və elmi müzakirələrin bir hissəsi ol!✅
“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və “Elm və İnnovasiya” proqramının birgə təşkilatçılığı ilə keçirilən bu layihə Azərbaycanın elmi və akademik potensialını gücləndirmək məqsədi daşıyır. Layihə tələbələrə elmi təqdimatlar etmə və müzakirələr aparma imkanı yaradır.
Bu görüşdə “Süni həyat formalarının yaradılması, süni intellektin biologiya araşdırmalarına inteqrasiyası: tədqiqatçıların yeni əlindəki alət” mövzusu ətrafında müzakirələr aparılacaq.🤔
Qeyd edək ki, iştirak etmək üçün mövzuya uyğun 10-20 slaytdan ibarət təqdimat hazırlamalı və 10 dəqiqəlik çıxış zamanı məqalənin əsas ideyalarını təqdim etməlisən. İstinadlar mütləq qeyd olunmalı və yalnız Q1/Q2 elmi jurnallarında dərc edilmiş məqalələrə əsaslanmalıdır.📰
💡 Sən də elmə töhfə vermək istəyirsənsə, “Məqalə Saatları”na qoşul və biliklərini paylaş!