spot_img
HomeElan və XəbərlərMagistratura üzrə ixtisas seçiminin nəticələri açıqlandı
spot_img

Magistratura üzrə ixtisas seçiminin nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) 2025/2026-cı tədris ili üzrə magistratura pilləsinə qəbul imtahanının nəticələrini rəsmi internet səhifəsində açıqlayıb.

Bakalavrlar imtahan nəticələrini öyrənmək üçün mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə ixtisaslaşma seçimi zamanı əldə etdikləri 7 rəqəmli kodu 7727 nömrəsinə SMS göndərə bilərlər.

Qəbul olanların tam siyahısı isə sabah “Magistr” jurnalının 5-ci buraxılışında dərc olunacaq.

Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma mərhələsində iştirak edən 15.555 bakalavrdan 13.446 nəfəri magistraturaya qəbul olunub. Onlardan 5.798 nəfər dövlət sifarişi əsasında, 7.648 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ qazanıb. Qəbul edilənlərin 9.790 nəfəri bu ilin məzunu, 3.656 nəfəri isə əvvəlki illərdə ali təhsil müəssisəsini bitirənlərdir.

Qəbul olunan şəxslər 24 iyul – 1 avqust tarixlərində https://portal.edu.az/ platformasına daxil olaraq “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətindən istifadə etməklə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməyən şəxslər qəbul siyahısından çıxarılacaqlar.

Boş qalan yerlərə əlavə yerləşdirmə ilə bağlı tarixlər DİM tərəfindən əlavə olaraq açıqlanacaq.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar