Mərkəzi Bank Maliyyəçisən təcrübə proqramı ilə gənc istedadlara real iş mühitində bilik və bacarıqlarını inkişaf etdirmək imkanı yaradır.
Proqram çərçivəsində iştirakçılar mərkəzi bankçılıq istiqamətləri üzrə fəaliyyət göstərən struktur bölmələrdə 2 ay müddətində təcrübə keçəcək, peşəkar mühitdə praktik biliklər əldə edəcək və komanda işi bacarıqlarını gücləndirəcəklər. Təcrübə müddətində iştirakçılar mentor dəstəyi və inkişaf imkanları ilə də təmin olunacaq.
Kimlər müraciət edə bilər?
Təcrübə proqramına bakalavr pilləsinin 2-ci, 3-cü və 4-cü (və ya sonuncu) kurs tələbələri, magistratura pilləsində təhsil alan tələbələr və son iki ilin bakalavr məzunları müraciət edə bilər.
Proqramın müddəti: 2 ay (iyul və avqust ayları)
Son müraciət tarixi: 15 aprel 2026
Ödəniş: Gündəlik yol və qidalanma xərcləri üçün təqaüd
Əlavə suallarınız yaranarsa maliyyecisen@cbar.az ünvanına müraciət edə bilərsiniz.



