spot_img
Ana SəhifəBeynəlxalq LayihələrMaltada Uzunmüddətli ESC Layihəsi
spot_img

Maltada Uzunmüddətli ESC Layihəsi

Layihə adı: İdman, Asudə Vaxt və Terapevtik Müdaxilə vasitəsilə İnklüziya

Məkan: Zejtun, Malta

Göndərən təşkilat: “Common Sense” Gənclər Təşkilatı

‘Inspire’ təşkilatında biz inklüziv təhsil mühitinin yaradılmasına inanırıq. Məqsədimiz, fərdlərin mənşə və ya qabiliyyətindən asılı olmayaraq müxtəlifliyi qəbul edən və hər kəs üçün bərabər təhsil imkanları təmin edən bir mühit yaratmaqdır. Tədris proqramlarımız hər bir iştirakçının unikal ehtiyaclarına uyğun hazırlanır, beynəlxalq səviyyədə akkreditasiya olunan xüsusi təlimlər həyata keçirilir və tədris prosesini zənginləşdirən əlavə terapiya və asudə vaxt fəaliyyətləri ilə tamamlanır. Təklif olunan terapevtik xidmətlər fiziki, idrak və inkişaf problemləri olan şəxslərin müxtəlif ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulmuş müxtəlif müdaxilələri əhatə edir. ‘Inspire’ təşkilatı hərtərəfli yanaşma vasitəsilə fiziki məhdudiyyətləri olan şəxslərin potensialını maksimum dərəcədə inkişaf etdirməyi və onların müstəqillik səviyyəsini artırmağı hədəfləyir.
Təşkilat və onların işi haqqında daha ətraflı məlumat üçün bu saytı ziyarət edə bilərsiniz.

Layihə müddəti: 01/01/2025 (başlama tarixi dəyişdirilə bilər) – 08/12/2025

Son müraciət tarixi: 01/03/2025

Bütün xərclər Avropa Həmrəylik Korpusu tərəfindən qarşılanır.
İştirak haqqı tələb olunmur!

Dil

İngilis dili

Yaşayış, yemək və nəqliyyat məsələləri:

Inspire təşkilatı ESC könüllüləri üçün bütün lazımi şəraitə malik olan ümumi mənzil təmin edir. Yemək və nəqliyyat xərclərini qarşılamaq üçün cib xərcliyi şəklində maliyyə dəstəyi göstərilir. Səyahət xərcləri ESC qaydalarına uyğun olaraq təyin edilir və məsafədən asılı olaraq geri qaytarılır.

Könüllülük üçün müraciət şərtləri və tələblər:

✔ İngilis dilini əsas səviyyədə bilmək
✔ 18-30 yaş arasında olmaq
✔ Komandada işləməyi sevmək
✔ Açıq fikirli olmaq və başqalarına kömək etməyi sevmək

Göndərən təşkilat haqqında məlumat

  • Göndərən təşkilatın adı: “Common Sense” Gənclər Təşkilatı
  • OID nömrəsi: E10200624
  • Şəhər və ölkə: Sumqayıt, Azərbaycan
  • Məsul şəxs (ad və soyad): Ramiz Əliyev
  • Elektron poçt ünvanı: evs@csyo-az.org
CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar