Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi media sahəsinin inkişafı istiqamətində həyata keçirilən layihələr çərçivəsində gənclərin potensialından daha səmərəli istifadə etmək, onların fərdi və peşəkar inkişafına şərait yaratmaq, media sahəsində gənclərin fəal iştirakını və yaradıcı-innovativ potensialını stimullaşdırmaq, eyni zamanda ölkədə könüllülük hərəkatına dəstək olmaq məqsədi ilə “Media könüllüləri” Proqramına yenidən qeydiyyat elan edir.
↪ Media sahəsində MEDİA könüllüsü olmaq istəyən 18-29 yaş arası gənclər bio hissəsindəki linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz.
📩 Daha ətraflı məlumat almaq üçün suallarınızı Volunteers@media.gov.az e-poçt ünvanına göndərə bilərsiniz.
🗓 Müraciət üçün son tarix: 28 fevral 2025-ci il