Namizədə dair tələblər:
• Təhsil: Ali təhsil (İxtisas: Mexanika mühəndisliyi, Maşınqayırma və s)
• Kompüter bilikləri: MS Office proqramları, Autocad, SolidWorks və ya digər texniki layihələndirmə proqram bilikləri əlavə üstünlük hesab olunur,
• Dil bilikləri: Azərbaycan dili; digər dil bilikləri əlavə üstünlük hesab olunur,
• İş təcrübəsi: sahədə 3 ildən az olmayaraq.
• Mexaniki qurğuların iş prinsiplərini bilməli (hidravlik, pnevmatik, mexaniki ötürücülər və s.)
• Vibrasiya, temperatur, yağ analizi kimi diaqnostik metodları bilməli
• Qaynaq, torna, frezə və digər mexaniki emal texnologiyaları haqqında ümumi anlayış
Vəzifə öhdəlikləri:
• Mexaniki sistemlərin (preslər, nasoslar, kompressorlar, torna dəzgahları, konveyerlər və s.) quraşdırılması, sazlanması və təmir işlərinin təşkili
• Avadanlıqların texniki baxış və profilaktik xidmət planlarının hazırlanması və icrası
• İstehsalatda texniki nasazlıqların səbəblərini araşdırmaq və aradan qaldırmaq
• Enerji sərfiyyatının azaldılması və məhsuldarlığın artırılması üzrə texniki təkliflər vermək
• Avadanlıqlarla bağlı texniki sənədlərin (sxemlər, pasportlar, istismar təlimatları və s.) hazırlanması
• Yeni texnologiyaların tətbiqi və modernləşdirmə layihələrində iştirak
• Texniki rəsmlərin oxunması və hazırlanması
İş yeri: Dövlət idarəsi
İş yerinin ünvanı: Bakı şəhəri, Nərimanov ray., Rövşən Əliyev küç., (Ulduz metrostansiyasının yanı)
İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00
Əmək haqqı: 1700 AZN (namizədin təhsili, iş stajı və iş bacarığı nəzərə alınmaqla digər təkliflər qarşılıqlı razılaşma əsasında müəyyən olunacaq)
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “mexanika mühəndisi” adını qeyd edərək talentbyhr@gmail.com ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.