spot_img
Ana SəhifəKaryeraMilli Aviasiya Akademiyası İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə işçi elan edir.
spot_img

Milli Aviasiya Akademiyası İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə işçi elan edir.


Vəzifə öhdəlikləri:
• İctimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyətini təşkilatın ümumi məqsədləri ilə uyğunlaşdırmaq;
• İctimaiyyətlə əlaqələr şöbəsinin işçilərinin fəaliyyətini koordinasiya etmək və onlara rəhbərlik etmək;
• Əməkdaşlara aid PR layihələrdə İnsan resursları şöbəsi ilə əlaqədə olmaq;
• PR layihələrlə bağlı video və foto çəkilişləri, korporativ tədbirləri, mətbuat konfranslarını və digər ictimai tədbirləri təşkil etmək;
• İctimai rəyin təhlili və təşkilatın fəaliyyətinə dair məlumatlar toplamaq, ortaya çıxan problemlərin həlli üçün tədbirlər görmək;
• Tədbirlər, sərgilər və təşkilati işlərə dair press-relizlərin ilkin variantını hazırlamaq və mətnləri redaktə etmək;
• Sosial media hesablarının aktiv idarə olunmasını təmin etmək;
• Media qurumları ilə əlaqələri formalaşdırmaq və inkişaf etdirmək;
• Azərbaycan, rus və ingilis dillərində çıxış nitqlərini yazmaq;
• Kütləvi informasiya vasitələrinin (KİV) əhatə dairəsinin təsirini təhlil etmək;
• Hesabatların hazırlanmasında iştirak etmək.

Tələblər:
• Ali təhsil (müvafiq sahə üzrə olması arzuolunandır);
• İctimaiyyətlə əlaqələr, jurnalistika və ya marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
• Tədbirlərin və layihələrin planlaşdırılması və icrası sahəsində təcrübə;
• Azərbaycan dilində mükəmməl səviyyədə yazılı və şifahi ünsiyyət qurma bacarığı, rus və ingilis dili biliyi əlavə üstünlükdür;
• Orfoqrafik yazı qaydalarını mükəmməl bilməli;
• Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
• Kommunikasiya və təqdimat bacarığı;
• Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
• Güclü kommunikasiya və təqdimat bacarığı;
• Texnoloji yeniliklər barədə məlumatlı olmaq arzuolunandır;
• Media və PR sahəsində geniş əlaqələr şəbəkəsi.

Əlavə məlumatlar:
• İş qrafiki: I-V günlər, 08:30-17:00;
• Ünvan: Bakı şəh., Mərdəkan pr., 30, AZ1045

Vakansiyaya son müraciət tarixi: 26.12.2024

Qeyd olunan tələblərə uyğun namizədlər öz CV-lərini və tövsiyə məktublarını hr@naa.edu.az e-mail ünvanına göndərə bilərlər (mövzu hissəsinə müraciət olunan vakansiyanın adının qeyd olunması mütləqdir)

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar