Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının qərarına əsasən, akademik göstəriciləri ilə fərqlənən, eləcə də sosial həssas qrupa aid olan tələbələrin dəstəklənməsi üçün yeni təqaüd proqramı təsis edilib.
Tələbələrin akademik uğurlarını təşviq etmək və sosial dəstəyi artırmaq məqsədilə ilk dəfə olaraq MDU-da “Rektorun fəxri təqaüdü” veriləcək
Yeni təqaüd proqramı 2024/2025-ci tədris ilinin yaz semestrində yüksək nəticə göstərən, lakin dövlət təqaüdü almayan:
30 bakalavriat tələbəsi;
5 magistrant üçün nəzərdə tutulub.
Siyahıda yer alan hər tələbəyə 500 manat birdəfəlik təqaüd veriləcək.