spot_img
HomeKaryeraMühasib vakansiyası
spot_img

Mühasib vakansiyası

İş barədə:
– Müəssisədə yerinə yetirilən təsərrüfat əməliyyatlarının 1C (8.3) mühasibat proqramına işlənməsi;
– İşçilərə aylıq əmək haqqının, əmək məzuniyyətinin, xəstəlik müavinətinin, analıq məzuniyyətinin hesablanması;
– Elektron-qaimə fakturaların hazırlanması və göndərilməsi;
– Debitor və kreditor borclar haqqında hesabatların tərtibatı və ödənişlərin izlənməsi;
– İnternet banking ilə işləmə bacarığı, daxili və xarici ödənişlərin edilməsi;
– BTB proqramında vergi hesabatlarının ilkin tərtib olunması;
– Aylıq maliyyə hesabatlarının tərtib olunması və aidiyyatı üzrə təqdim olunması;
İş qrafiki: həftənin 5 günü, saat 09:00-18:00, Nahar fasiləsi-13:00-14:00
Əmək haqqı: 800-1000 AZN
İşçi əmək qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilir.
Şirkət mətbəə, promo və reklam məhsullarının hazırlanması sahəsində fəaliyyət göstərir.
Ünvan: Nəsimi rayonu, Hüseynbala Əliyev 117B, 117C
Qeyd: Şəkilli “CV”-nizi mövzu yerinə “Mühasib” yazaraq hr@moongroup.az – elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Namizədə dair tələblər:
– Yalnız xanım namizədlər;
– Yaş həddi: 23-40;
– Mühasibatlıq sahəsində 1-3 il iş təcrübəsi;
– Ali təhsil;
– Vergi və digər maliyyə qanunvericiliyi barədə baza biliklər;
– Hökümət portallarında işləmək bacarığı;
– MS Office proqramları, xüsusilə Excel, və mühasibat proqramlarında işləmək bacarığı;
– Analitik düşüncə və detallara diqqət;
– Dəqiq və məsuliyyətli yanaşma.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar