Tələblər:
• Ali təhsil (İqtisadiyyat, maliyyə və ya mühasibat uçotu);
• Təcrübə: 1 il
Əmək haqqı: 900-1200 AZN (namizədin bilik və bacarıqlarına əsasən dəyişə bilər)
Vəzifə öhdəlikləri:
• Əməliyyat bazasında və 1C – də işləmək bacarığı;
• E-gov.az, E-taxes.gov.az və digər portallardan istifadə etmək;
• Debitor-Kreditor cədvəlinin hazırlanması;
• Anbar hərəkətləri və anbar qalıqlarının gündəlik işlənib hazırlanması;
• Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;(Mənfəət, ƏDV., Torpaq vergisi, Əmlak vergisi)
• Aylıq, rüblük və illik statistika hesabatlarının hazırlanması;
• E-qaimələrin tərtib edilməsi və müvafiq reyestrin aparılması;
• Bank, kassa, depozit hesabının gündəlik işlənməsi;
• Online kargüzarlığa daxil olan məktubların mütamadi olaraq yoxlanılması və lazım gəldikdə cavablandırılması;
• Üzləşmələrin aparılması və müştərilərə hesabatların təqdim edilməsi.
Qeyd olunan tələblərə uyğun olan namizədlər CV-lərini “Mühasib” başlığı ilə info@proteam.az mail ünvanına göndərə bilərlər.