“UTECA” MMC və Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı çərçivəsində işsiz və işaxtaran şəxslərin əmək bazarında iştirakının təşviqi üçün “Mühasibatlıq” sahəsi üzrə növbəti təqaüdlü peşə hazırlığı təlimlərinə start verilib.
Kurs müddətində iştirakçılara müəyyən məbləğdə təqaüd ödəniləcəkdir.
Kursu müvəffəqiyyətlə bitirənlərə sertifikat veriləcək və işə axtarma prosesində dəstək göstəriləcəkdir.
“Mühasibatlıq” sahəsi üzrə ixtisaslaşmaq istəyən namizədlər aşağıdakı qeydiyyat formasını dolduraraq müraciətlərini bizə göndərə bilərlər.
Kimlər iştirak edə bilməz:
- Tələbələr;
- VÖEN-i olan şəxslər;
- Özünüməşğulluq proqramı vasitəsilə aktivlər əldə etmiş şəxslər;
- Aktiv əmək müqaviləsi olanlar;