“Münaqişənin Həllində Gənclərin Rolu” Layihəsinə Qoşul və Dəyişikliyin Bir Parçası Ol!
🎯 Layihənin əsas məqsədi:
18-25 yaş arası münaqişədən təsirlənmiş gənclərin münaqişələrin transformasiyası üzrə bilik və bacarıqlarını artırmaqdır. Təlimlər zamanı münaqişə kontekstinə giriş, nəzəri və praktiki tətbiq, gender, icma quruculuğu kimi mövzular əhatə olunacaq.
📚 Nələr qazanacaqsınız?
✅ Münaqişələrin həllinə dair nəzəri biliklər
✅ Real praktik bacarıqlar
✅ Gender və icma quruculuğu sahəsində anlayışlar
✅ Sertifikat (təlim sessiyalarına tam şəkildə qatılan iştirakçılar üçün)
💡 Vacib qeyd:
Seçimlər əsasında uyğun namizədlər müsahibəyə dəvət olunacaq. Təəssüf ki, Gəncə şəhərinin ətraf ərazilərindən qatılan iştirakçıların qonaqlama və nəqliyyat xərcləri layihə büdcəsi çərçivəsində qarşılanmır. Anlayışınıza görə təşəkkür edirik!
🗓 Təlim Detalları:
Tarix: 20, 21, 22 dekabr
Saat: 9:00-17:00
Məkan: Gəncə şəhəri (Dəqiq ünvan yalnız seçilmiş iştirakçılara göndəriləcək)
📌 Son qeydiyyat tarixi: 15 dekabr
Yerlər məhduddur, qeydiyyatdan keçməyə tələsin!
✨ Münaqişələrdən dərs al, həllin bir hissəsi ol!