spot_img
HomeKaryeraMüqavilələrin tərtibatı şöbəsi üzrə mütəxəssis vakansiyası
spot_img

Müqavilələrin tərtibatı şöbəsi üzrə mütəxəssis vakansiyası

AZCON Holding Təchizat zəncirinin idarəolunması departamentinə Müqavilələrin tərtibatı şöbəsi üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.


Əsas tələblər:

• Hüquq, kommersiya hüququ, beynəlxalq hüquq, müqavilə hüququ, dövlət və bələdiyyə idarəetməsi, iqtisadiyyat və ya biznesin idarə olunması sahələri üzrə ali təhsil (magistr dərəcəsi) – hüquqşünaslıq ixtisası olan namizədlərə üstünlük veriləcək;
• Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan dili (mükəmməl səviyyədə), ingilis dili (yüksək səviyyədə), rus dili (arzuolunan);
• Müqavilələrin layihələrinin hazırlanması, şərtlərinin hüquqi baxımdan təhlili, hüquqi risklərin müəyyən edilməsi və onların azaldılması üzrə dərin bilik və peşəkar təcrübəyə malik olmaq;
• Müxtəlif hüquqi sahələr, o cümlədən mülki və kommersiya hüququ üzrə biliklər; “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu və digər aidiyyəti normativ aktlar üzrə praktiki biliklər;
• Müqavilələrin və digər hüquqi sənədlərin ekspertizasının aparılması, protokol və əsaslandırıcı sənədlərin hazırlanması üzrə səriştə, hüquqi arayışların, rəylərin, hüquqi mövqelərin və yazılı məsləhətlərin hazırlanmasında yüksək analitik və ifadəetmə bacarığı;
• Elektron sənəd dövriyyəsi sistemlərində müqavilələrin qeydiyyatı, monitorinqi və arxivləşdirilməsi üzrə praktiki təcrübə;
• “Microsoft Office” proqramlarından, xüsusilə “Word” və “Excel”dən qabaqcıl səviyyədə istifadə etməklə hüquqi sənədlərin formatlaşdırılması və cədvəllərin hazırlanması üzrə bacarıqlar;
• Analitik düşünmə və hüquqi risklərin qiymətləndirilməsi bacarığı, yüksək yazılı və şifahi ünsiyyət bacarığı, diqqətlilik, detal yönümlülük və məsuliyyətlilik, vaxtın idarə olunması və çoxsaylı tapşırıqlar arasında prioritetin müəyyən edilməsi bacarığı, komandada işləmə və struktur bölmələrlə effektiv əməkdaşlıq bacarığı, hədəf yönümlülük;
• FIDIC, “compliance”, “risk management” və ya “contract management” sahəsində, habelə dövlət satınalmaları üzrə təlim və sertifikatların mövcudluğu arzuolunandır.

Yuxarıda göstərilən tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi recruitment@azcon.az ünvanına mövzu hissəsində “Müqavilələrin tərtibatı üzrə mütəxəssis” yazmaqla da göndərə bilərsiniz. Uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Son müraciət tarixi: 11 avqust 2025-ci il

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar