spot_img
HomeElan və XəbərlərMusiqi, incəsənət məktəblərinə qəbul imtahanlarının nəticələri açıqlanıb
spot_img

Musiqi, incəsənət məktəblərinə qəbul imtahanlarının nəticələri açıqlanıb

Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən musiqi və incəsənət məktəb və mərkəzlərinə 2025/2026-cı tədris ili üzrə I və VIII siniflərə qəbul imtahanlarının nəticələri açıqlanıb.

Namizədlər imtahan nəticələrini exam.culture.az portalı üzərindən öyrənə bilərlər.

Əgər namizədlər imtahan nəticəsindən narazıdırsa, onlar 16–18 iyul tarixlərində “MyCulture” şəxsi kabineti vasitəsilə apellyasiya üçün müraciət edə bilərlər. Həmin müraciətlərə ən geci 10 iş günü ərzində baxılacaq.

Bildiririk ki, məktəb və ixtisas seçimi yalnız apellyasiya mərhələsi başa çatdıqdan sonra “MyCulture” platforması üzərindən həyata keçiriləcək.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar