spot_img
HomeKaryeraMüştəri xidmətləri üzrə mütəxəssis vakansiyası
spot_img

Müştəri xidmətləri üzrə mütəxəssis vakansiyası

İşin Təsviri:
– Şirkətə daxil olan məktubların qəbul olunması, qeydiyyata alınması və şöbələrə təqdim olunması;
– Qonaqlarla görüşlərin təşkil olunması;
– Ofisə daxil olan müştərilərin qarşılanması və yönləndirilməsi;
– Zərurət yarandığı halda müştərilərə tikintinin vəziyyəti, mənzillər, ödəmə şərtləri barədə ilkin məlumatların verilməsi;
– Daxil olan zənglərin cavablandırılması, satış və kampaniyalar haqqında müştərilərə ətraflı məlumatların verilməsi;
– Müştərilər haqqında statistik məlumatların hazırlanması, aidiyyəti üzrə şöbəyə məlumatın verilməsi;
– Birbaşa rəhbəri tərəfindən verilən vəzifə öhdəliklərinə aid olan digər tapşırıqların həyata keçirilməsi.

Namizədə Tələblər:
– Ali təhsil
– Xanım namizəd
– Kompüter biliyi (İnternet, MS Word, MS Excel, MS Outlook);
– Rus dilində sərbəst ünsiyyət bacarığının olması mütləqdir.*
– Müştəri xidmətləri üzrə təcrübənin olması üstünlük hesab edilir.
– Təşkilati bacarıqlar;
– Yazılı və şifahi ünsiyyət bacarığı;
– Yüksək etik davranış qabiliyyəti;
– Səbrli və məsuliyyətli olmalı.

İş şərtləri:
– 5 günlük iş qrafikinə əsasən tənzimlənir (istirahət günləri növbəli qrafik əsasında həftə ərzində 2 gün olmaqla tənzimlənir)
– Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur
– İş yeri: Zığ qəsəbəsi

Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Müştəri xidmətləri üzrə mütəxəssis” qeyd edərək, cv@hrengineering.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar