Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin (AIDA) dəstəyi ilə həyata keçiriln NAMYO- nun Tədqiqat Təqaüd Proqramına üzv olan ölkələrdən olan gənc səsləri və maraqlı zehinləri iştirak etməyə dəvət etməkdən məmnunuq.
NAMYO Tədqiqat Mərkəzinin əsas məqsədi – gənc tədqiqatçılara qlobal əhəmiyyətli problemlərlə bağlı baxışlarını və fikirlərini ifadə etmək üçün bir platforma təqdim etməkdir. Bu məsələlərə 2030 Davamlı İnkişaf Gündəliyinin effektiv icrası üçün gənclərin innovasiyası və liderliyindən istifadə, iqlim fəaliyyəti və ətraf mühitin davamlılığı, eləcə də regional və milli inkişaf üçün kritik digər amillərin həlli daxildir.
Tələblər: NAMYO ilkin akademik təcrübəyə malik olan (nümunə tədqiqat işlərinin təqdim olunması tövsiyə olunur) və yüksək səviyyədə ingilis dili biliklərinə sahib olan tədqiqatçıları qəbul edir. Əlavə olaraq, qeydiyyat formalarına əlavə edilmiş tədqiqat şablonunun doldurulması namizədliyinizin nəzərə alınması üçün zəruridir.
Son müraciət tarixi: 25 may, saat 23:59 (GMT+4)
QEYD: Namizədlərlə e-poçt vasitəsilə müsahibə üçün əlaqə saxlanılacaq.