Ölkədə ilk bulud həllərini təqdim edən “AzInTelecom” MMC “TəcrübəliSƏN” ödənişli yay təcrübə proqramını elan edir!
Bu proqramda nələr əldə edəcəksiniz?
✅Mentorluq və individual fokus
✅Layihə əsaslı real iş təcrübəsi
✅Təlim sessiyaları və masterclasslar
✅İnnovasiya günləri – təcrübəçilərin layihə təqdimatı
✅Korporativ mühitin bir parçası olmaq
✅Davamlı geribildirim sessiyaları
✅İşə qəbul imkanları
✅Sertifikat və fərqlənən təcrübəçilərə tövsiyə məktubu
📌Tələblər :
• Müvafiq sahə üzrə IV kurs bakalavr və ya magistr pilləsində təhsil alan tələbələr; yeni məzunlar;
• Ünsiyyətcil, məsuliyyətli və komanda ilə iş kimi yumşaq bacarıqlara malik olmaq.
Seçim mərhələsi :
• Müraciətlərin qeydə alınması və nəzərdən keçirilməsi;
• Bilik yoxlaması mərhələsi (fəaliyyət istiqamətindən asılı olaraq);
• Panel müsahibə;
• Seçim nəticələri.
Əlavə qeyd :
• Nahar şirkət tərəfindən qarşılanır;
• Aylıq təcrübə ödənişi.
Maraqlanan təcrübəçilər mövzu sətrində müvafiq fəaliyyət istiqamətini qeyd edərək career@azintelecom.az e-mail ünvanına müraciətlərini göndərə bilər.
⏳Müraciət üçün son tarix : 15.05.2025