“Youth Start” şəxsi inkişaf proqramı növbəti təlimi ilə davam edir!
Bu dəfə iştirakçılar ilk təəssüratın formalaşması və özünütəqdimetmə bacarıqları üzrə praktik biliklər əldə edəcəklər.
Təlimin mövzusu
“İlkin təəssüratın əhəmiyyəti: Özünütəqdimetmə bacarıqları”
Tədbir kimlər üçündür? (tələblər)
Bu təlim aşağıdakılar üçün uyğundur:
- Özünü daha peşəkar təqdim etmək istəyən gənclər
- Karyerasının başlanğıcında olan namizədlər
- Müsahibədə, təqdimatda və sosial mühitdə daha inamlı çıxış etmək istəyənlər
- Şəxsi inkişafda maraqlı olan hər kəs
Təlim zamanı nələri öyrənəcəksiniz?
Təlim iştirakçıları:
İlk təəssüratın necə yarandığını və nələrdən asılı olduğunu öyrənəcək;
Effektiv özünütəqdimetmənin prinsipləri ilə tanış olacaq;
Bədən dili, danışıq tərzi və ünsiyyət strategiyalarını tətbiq etməyi bacaracaq;
Real situasiyalar əsasında təqdimat bacarıqlarını təkmilləşdirəcək.
Təlimçi
Leyla Şıxəlili
Socar Downstream MMC-nin Öyrənmə və İnkişaf üzrə aparıcı mütəxəssisi
Təlim detalları
- Tarix: 22 noyabr
- Saat: 12:00
- Məkan: Gənclər Təşkilatlarının Resurs Mərkəzi
- Təlim ödənişsizdir və sonda onlayn sertifikat təqdim olunacaq.



