Tedroid.com komandasına qoşulacaq “Partnership & Sales Intern (Paid)” Axtarırıq!
Tedroid Media Azərbaycanın texnologiya və innovasiya sahəsində fəaliyyət göstərən aparıcı media şirkətidir. Komandamıza qoşulmaq üçün istedadlı, öyrənməyə həvəsli, texnologiyaya sevgisi olan və yaradıcı təcrübəçi axtarırıq.
“Tedroid Media” olaraq peşəkar mentorların dəstəyi ilə başlayacağınız 3-6 aylıq ödənişli təcrübə proqramı bu istiqamətdə ixtisaslaşmaq üçün nəzərdə tutulub. Hibrid formada özünüzü təkmilləşdirə biləcəyiniz proqramın sonunda uğurlu namizəd şirkət daxilində tam ştat işlə təmin ediləcək.
Namizədə tələblər:
- Azərbaycan və ingilis dili biliyi (rus dili üstünlükdür)
- Məsuliyyətli və çevik yanaşma
- Araşdırma və ünsiyyət bacarığı
- Kompüterdə ümumi işləmə bacarığı
Vəzifə detalları:
- Tərəfdaşlıq planlarının və strategiyalarının hazırlanması
- Davamlı tərəfdaşlıq və satış prosesinin aparılması
- Müştəri və tərəfdaşlarla əlaqələrin idarə edilməsi
- Rəqiblərin araşdırılması və strateji təhlili
CV-lərinizi və özünüz haqqında detallı məlumatı tariyel@tedroid.com email ünvanına göndərə bilərsiniz.
Müraciət və marağınız üçün öncədən təşəkkür edirik!