📢 “PAŞA Bank” və Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə 26-27 aprel tarixlərində “BankTech Hackathon”u keçiriləcək.
📝İştirakçılar 48 saatlıq hakatonda bank sektorundakı real maliyyə çətinlikləri qarşısında problem həll etmə bacarıqlarını sınayacaqlar. Müxtəlif universitetlərdən olan tələbələr “PAŞA Bank” və UFAZ ekspertlərinin nəzarəti altında innovativ həllər üzərində çalışacaq və mükafatlar uğrunda mübarizə aparacaqlar.
🏆Mükafatlar:
1-ci yer – 3000 AZN
2-ci yer – 2000 AZN
3-cü yer – 1000 AZN
🔖Həmçinin hakatonun bütün iştirakçılarının “PAŞA Bank”ın “ZirvədəSən” təcrübə proqramına qoşulmaq fürsəti olacaq. Özünüzü sınamaq və yarışmada iştirak etmək üçün qeydiyyatdan keçməyə tələsin!
📅 Tarix: 26-27 aprel
⏳ Son qeydiyyat tarixi: 20 aprel
📍 Məkan: UFAZ, Nizami küç. 183