Tələblər:
• Ali təhsil;
• İnsan Resursları sahəsində minimum 1 il iş təcrübəsi;
• İnsan Resursları sahəsi üzrə nəzəri biliklər (Əmək Məcəlləsi, Əmək Məcəlləsi ilə əlaqəli qanunlar, normativlər);
• ƏMAS, İSB və Elektron Hökumət Portalında işləmə bacarığı;
• MS Office proqramları ilə yaxşı səviyyədə işləmək bacarığı;
• Yüksək ünsiyyətqurma, təqdimetmə və komandada işləmək bacarığı;
• Azərbaycan dilində səlis danışıq və yazışma bacarığı vacibdir. (Xarici dil biliyi üstünlükdür)
Vəzifə öhdəlikləri:
• İşə qəbul prosesinin həyata keçirilməsinə dəstək;
• Əmək müqavilələrinin bağlanması, dəyişikliklər və xitam edilməsinə dəstək;
• Əmək haqqı kartı sifarişlərinin verilməsinə dəstək;
• Tabellərin tərtib edilməsi;
• Əməkdaşların performans dəyərləndirməsinin həyata keçirilməsi;
• Layihənin ümumi işlərinə dəstək.
İş şəraiti:
• İş qrafiki: bazar ertəsi-cümə günləri 09:00-dan 18:00-dək;
• Əmək haqqı namizədin təcrübə, bilik və bacarıqları əsasında müsahibə zamanı təyin edilir.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Kadrlar üzrə mütəxəssis” qeyd edərək öz CV-lərini peshesinifleri@arti.edu.az elektron ünvanına göndərməyi xahiş olunur.
Müraciət üçün son tarix: 20.09.2025