Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavr tələbələri “Erasmus+” mübadilə proqramı çərçivəsində Polşanın Powislanski Universitetində 2024/2025 tədris ilinin yaz semestrində təhsil almaq üçün müraciət edə bilərlər.
Mübadilə aşağıda qeyd olunan ixtisasları əhatə edir:
· İqtisadiyyat
· Biznesin idarə edilməsi
· Menecment
Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:
– Bakalavr tələbəsi olmaq (2-ci və 3-cü kurs)
– Ərizə forması (Application Form)
– Transkript (ÜOMG minimum 75 bal)
– İngilis dili biliyini təsdiq edən sənəd (minimum B2 səviyyəsi)
Mübadilədə iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri erasmus@aztu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
· Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.
· IELTS sertifikatı olanlara seçim zamanı üstünlük veriləcək.
· Sertifikat təqdim edilmədikdə ingilis dilindən imtahan təşkil olunacaq.
Müraciət üçün son tarix: 10.12.2024
Əlaqə: Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq)
E-poçt: erasmus@aztu.edu.az
Tel: (+994 12) 539 13 48