Tarix: 10 iyul 2025
Saat: 14:00 – 16:30 (Azərbaycan vaxtı ilə)
Məkan: ABŞ-Azərbaycan Təhsil Mərkəzi
EducationUSA sizi Pre-Departure Orientation Session-a dəvət etməkdən məmnundur. Əgər ABŞ universitet və ya kolleclərindən qəbul almısınız və Birləşmiş Ştatlarda təhsilə başlamağa hazırlaşırsınızsa, bu sessiya sizin üçündür.
ABŞ Səfirliyinin Konsulluq Məmuru və hazırda ABŞ-da təhsil alan bir tələbənin çıxışını dinləmək üçün bizə qoşulun. Tələbə vizası prosedurları, universitet həyatına uyğunlaşma, kampusda göstərilən dəstək xidmətləri, səyahət hazırlıqları və tələb olunan sənədlərlə bağlı dəyərli məlumatlar əldə edəcəksiniz.
Suallarınıza cavab almaq və ABŞ-da təhsilə başlamağa hazırlaşan digər tələbələrlə tanış olmaq üçün bu fürsəti qaçırmayın.