spot_img
HomeKaryeraQanun Nəşriyyatında Təcrübə Proqramına Qeydiyyat Başladı!
spot_img

Qanun Nəşriyyatında Təcrübə Proqramına Qeydiyyat Başladı!

Yaradıcılıq, inkişaf və real iş mühiti – bir arada!
Qanun Nəşriyyatı gənclər üçün nəzərdə tutulmuş ödənişsiz təcrübə proqramına start verir! Bu proqram gənclərin bilik və bacarıqlarını təkmilləşdirməsinə, nəşriyyat fəaliyyəti ilə yaxından tanış olmasına və gələcək karyeralarına inamla addımlamasına imkan yaradacaq.

Məqsəd:
Gənclərin müxtəlif sahələr üzrə potensialını üzə çıxarmaq, onların peşəkar inkişafına dəstək olmaq və real iş mühitində praktiki təcrübə qazandırmaq.

Proqram haqqında:

Tarixlər: 25 avqust – 24 oktyabr 2025
İş günləri: Həftəiçi (I-V günlər)
Saatlar: İkinövbəli — 09:00–12:00 və 14:00–17:00
Ünvan: Tbilisi prospekti, 76
Yaş aralığı: 18–28 yaş

Üstünlüklər:

Real layihələrdə iştirak imkanı
Mütəxəssislərlə iş təcrübəsi
Peşəkar inkişaf yönümlü mühit
Təcrübənin sonunda sertifikat
Fərqlənən iştirakçılar üçün işlə təmin olunma imkanı

Seçim mərhələləri:

1.Elektron ərizə forması
2.Müsahibə mərhələsi (nəşriyyatda keçiriləcək)

Son qeydiyyat tarixi: 8 avqust 2025
İndi müraciət et – gələcəyin üçün bir addım at!

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar