spot_img
HomeKaryeraQarabağ Universiteti – Beynəlxalq dil mərkəzində vakansiya – ingilis dili müəllimi
spot_img

Qarabağ Universiteti – Beynəlxalq dil mərkəzində vakansiya – ingilis dili müəllimi

İşəgötürən: “Qarabağ Universiteti” publik hüquqi şəxs
Qarabağ Universiteti fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili, eləcə də
təhsilalanların yüksəksəviyyəli xarici dil bilik və bacarıqları ilə təmin olunması məqsədilə
yüksəkixtisaslı peşəkar kadrlar üçün vakansiya elan edir.
Vəzifə: ingilis dili müəllimi


İşin təsviri:

  • Təhsil proqramları, sillabuslar, dərs planları, tədris materialları, qiymətləndirmə
    alətlərinin hazırlanması və (ya) təkmilləşdirilməsi prosesində iştirak;
  • müvafiq təhsil proqramlarına uyğun tədris fəaliyyətlərinin planlaşdırılması,
    hazırlanması və icrası;
  • müvafiq təlim nəticələrinə nail olmaq üçün müasir tədris metodologiya və
    texnologiyalarından istifadə;
  • tələbələrin nailiyyət və inkişafının qiymətləndirilməsi, konstruktiv rəyin verilməsi və
    onların fərdi tədris ehtiyaclarını qarşılamaq məqsədilə metodların
    uyğunlaşdırılması;
  • müvafiq sahə üzrə ən yaxşı təcrübələri izləmək üçün peşəkar inkişaf imkanlarından
    istifadə;
  • tələbələrin istirakçılığını təşviq edən və onların akademik, xarici dil bacarıqlarının
    inkişafını dəstəkləyən müsbət, inklüziv öyrənmə mühitinin təşkili;
  • mərkəzin digər fəaliyyətlərinin təşkilinə dəstəyin verilməsi.
    Tələblər:

  • müvafiq sahə üzrə magistr dərəcəsi (CELTA Pass A/Pass B və DELTA nəticəsi əldə
    etmiş namizədlər üçün bu tələb istisna edilə bilər);
  • ingilis dilinin tədrisi üzrə minimum 2 il pedaqoji təcrübə (ali təhsil müəssisəsində
    olması üstünlükdür); CELTA (Pass A / Pass B) və ya DELTA sertifikatına malik olan
    namizədlər üçün bu tələb tətbiq olunmaya bilər.
  • minimum C1 səviyyəsində ingilis dili biliyi (IELTS, TOEFL və s. Beynəlxalq dil
    sertifikatlarının olması üstünlükdür);
  • dil tədrisi üzrə sertifikatlardan (CELTA, DELTA, TEFL, TESOL və s.) birinə malik olması
    üstünlükdür;
  • dil proqramlarının hazırlanması və tədrisi üçün nəzərdə tutulan resursların
    formalaşdırılması ilə bağlı təcrübə;
  • innovativ, interaktiv metod və texnologiyalardan istifadə bacarığı;
  • tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;
  • yüksək kommunikasiya və təşkilatçılıq bacarıqları;
  • tədqiqatçılıq bacarığı;
  • davamlı peşəkar inkişafa maraq.

Tələb olunan sənədlər:

  • İngilis dilində CV;
  • ali təhsili təsdiq edən sənədlərin surəti;
  • dil səviyyəsini və dil tədrisini təsdiq edən beynəlxalq sertifikatlar (əgər varsa);
  • ingilis dilində Motivasiya məktubu – maksimum 500 söz. (A Letter of Motivation);
  • ingilis dilində Maraq məktubu – maksimum 500 söz. (A Statement of Interest);
  • tövsiyə edən şəxslərin əlaqə məlumatları (2 nəfər).

  • İş qrafiki: Tam ştat vəzifədir. Auditoriya saatlarından kənar vaxtlarda isə müəllimlərin
    tədrisə hazırlıq işləri və onlara tapşırılan digər fəaliyyətlərlə məşğul olmaları gözlənilir.
    Qeyd 1: universitetdə daimi əsaslarla işləyən əməkdaşlar Xankəndi şəhərində tədris ilinin
    əvvəlindən başlayaraq işlədikləri müddətdə mənzillə təmin olunacaqlar.
    Qeyd 2: məktubun mövzu hissəsində “English Language Teaching Vacancy” qeyd olunması
    vacibdir. Bildiririk ki, yalnız müvafiq vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə
    saxlanılacaq.
    Rəqabətədavamlı əməkhaqqı təklif olunur.
    Müraciət üçün son tarix: 14 may 2025-ci il.
    Elektron poçt ünvanı: ilc@karabakh.edu.az

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar