Qarabağ Universitetinin Klinikası İnsan Resursları şöbəsinə “Hüquqşünas” vakansiyasını elan edir.
İşin təsviri:
• Klinikanın fəaliyyətində hüquqi risklərin minimallaşdırılması məqsədilə hüquqi rəy və dəstəyin təmin edilməsi, struktur bölmələrlə qarşılıqlı hüquqi əməkdaşlığın qurulması;
• Müəssisənin hüquq və qanuni mənafelərinin müdafiəsi prinsipinə əsaslanaraq, üçüncü şəxslərlə (dövlət və qeyri-dövlət qurumları,fiziki və hüquqi şəxslər) münasibətlərin hüquqi tənzimlənməsi, bununla bağlı rəsmi müraciətlərin hazırlanması, zəruri hallarda görüş və ezamiyyətlərin həyata keçirilməsi;
• Birbaşa rəhbərliyin tapşırığı əsasında hüquqi şəxsin təsis və digər sənədlərinin hazırlanması, dəyişikliklərin edilməsi, yeni hüquqi şəxslərin yaradılması və dövlət qeydiyyatına alınması üzrə hüquqi prosedurların icrası;
• Klinikada qəbul olunan normativ sənədlərin qüvvədə olan qanunvericiliyə uyğunluğuna dair hüquqi ekspertiza və rəyin verilməsi;
• Hüquqi rəy və əsaslandırılmış yazılı təqdimatların hazırlanması;
• Klinikaya məxsus daxili normativ sənədlərin (əmr, təlimat, əsasnamə, qayda və s.) hüquqi ekspertizasının aparılması və zərurət olduqda layihələndirilməsində iştirak;
• Müqavilələrin (xüsusilə mülki-hüquqi müqavilələrin) layihələrinin hazırlanması, qarşı tərəf tərəfindən təqdim olunmuş layihələrin hüquqi baxımdan təhlili və düzəlişlərlə bağlı təkliflərin hazırlanması;
• İşçi münasibətləri, əmək mübahisələri və digər daxili hüquqi məsələlərə dair hüquqi rəyin hazırlanması;
• Müəssisənin hüquq-mühafizə orqanlarında təmsil olunması, zəruri hüquqi tədbirlərin həyata keçirilməsi;
• Qüvvədə olan qanunvericilikdə baş verən dəyişikliklərin monitorinqi və uyğun hüquqi tədbirlərin planlaşdırılması və həyata keçirilməsi ilə bağlı təkliflərin verilməsi.
Tələblər:
• Ali hüquq təhsili (bakalavr və ya magistr);
• Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər aidiyyəti normativ-hüquqi aktlar üzrə dərin biliklərə malik olmaq;
• Hüquq sahəsində, xüsusilə dövlət qurumlarında azı 3 (üç) il peşəkar iş təcrübəsi;
• Normativ-hüquqi aktlar və müqavilələrlə iş sahəsində təcrübə;
• Hüquqi yazışma və hüquqi nitq bacarıqları;
• Sənədlərin tərtibatı, qeydiyyatı və sistemləşdirilməsi üzrə bilik və bacarıqlar;
• Azərbaycan dilində sərbəst yazı və şifahi nitq bacarığı, ingilis dili biliyi arzuolunandır;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Yüksək analitik düşüncə, təşəbbüskarlıq, məsuliyyətlilik və
komandada işləmək bacarığı.
Tələbolunan sənədlər:
• tərcümeyi-hal;
• CV;
• ali təhsili təsdiq edən sənəd və ya sənədlərin surəti.
Rəqabətədavamlı əməkhaqqı təklif olunur.
Müraciət üçün son tarix:30 iyun 2025-cü il
Müraciət üçün qeyd edilən tarixədək lazımi sənədləri kufmhs@karabakh.edu.az elektron poçt ünvanına başlıqda “Hüquqşünas” yazmaqla göndərməyiniz xahiş olunur.