spot_img
HomeKaryeraQarabağ Universitetinin tabeliyində "Qarabağ UniversitetininKlinikası" Satınalma üzrə mütəxəssis vakansiyasına işə qəbul elan...
spot_img

Qarabağ Universitetinin tabeliyində “Qarabağ UniversitetininKlinikası” Satınalma üzrə mütəxəssis vakansiyasına işə qəbul elan edir!

İşəgötürən: Qarabağ Universitetinin tabeliyində “Qarabağ Universitetinin
Klinikası” publik hüquqi şəxs
Vəzifə: Satınalma üzrə mütəxəssis
İşin təsviri:

  • Klinikada satınalma fəaliyyətinin planlaşdırılmasında iştirak etmək,
    struktur bölmələrin tələbatlarının əvvəlcədən müəyyən olunması
    məqsədilə müvafiq məlumatların toplanması;
  • İllik satınalma planının hazırlanması və Azərbaycan
    Respublikasının qanunvericiliyinə əsasən müəyyən edilmiş müddət
    çərçivəsində Dövlət Satınalmalarının Vahid İnternet Portalında
    yerləşdirilməsinin təmin edilməsi;
  • Satınalma prosedurlarına dair Əsas Şərtlər Toplusunun
    hazırlanması;
  • Elektron satınalma portalında müvafiq elanların yerləşdirilməsi;
  • Satınalma prosesində ehtimal olunan qiymətin müəyyən edilməsi
    məqsədilə bazar araşdırmalarının aparılması və qiymətləndirmə
    sənədlərinin təsdiqlənməsi;
  • İxtisaslaşmış təchizatçıların müəyyən olunması, onların siyahısının
    hazırlanması və dəvət məktublarının göndərilməsi;
  • Satınalma prosedurlarının həyata keçirilməsi, tender sənədlərinin,
    iclas və yekun protokollarının hazırlanması və komissiya tərəfindən
    təsdiqi prosesinin təşkili;
  • Yekun protokolların aidiyyəti üzrə dövlət orqanına təqdim edilməsi
    və qeydiyyat prosesinə nəzarət;
  • Satınalmaların nəticələri ilə bağlı bildirişlərin və müqavilə
    məlumatlarının müəyyən olunmuş müddətdə elektron portalda
    yerləşdirilməsi, həmçinin iştirakçı şirkətlərə rəsmi məlumatın
    verilməsi;
  • Satınalma komissiyasına daxil olan sorğuların cavablandırılması və
    iştirakçılarla effektiv kommunikasiyanın təmin edilməsi;
  • Satınalma müqavilələrinin hüquq və maliyyə şöbəsi ilə əməkdaşlıq
    çərçivəsində hazırlanması, dəyişikliklərin, əlavələrin işlənməsi
    vəicraya nəzarət
  • Hesab-faktura və aktların müqavilə öhdəliklərinə uyğunluğunun
    yoxlanılması;
  • Satınalma prosedurlarına dair rəhbərliyə və müvafiq dövlət
    qurumlarına hesabatların hazırlanması;
  • Satınalma üzrə aylıq və illik fəaliyyət hesabatlarının tərtib edilməsi;
  • Dövlət büdcəsi layihəsinin hazırlanmasında iştirak.

Tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və ya müvafiq sahələr üzrə);
  • Dövlət satınalmaları sahəsində minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının “Dövlət Satınalmaları Haqqında”
    Qanununu və müvafiq normativ aktları bilməli;
  • etender.gov.az portalı ilə işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı (Rus və İngilis
    dillərini bilməsi üstünlükdür);
  • MS Office proqramlarında (xüsusilə Word və Excel) və ERP
    sistemlərində sərbəst işləmək bacarığı.
    Tələbolunansənədlər:
  • tərcümeyi-hal;
  • CV;
  • ali təhsili təsdiq edən sənəd və ya sənədlərin surəti.

Rəqabətədavamlı əməkhaqqı təklif olunur.
Müraciət üçün son tarix:30 iyun 2025-cü il
Müraciət üçün qeyd edilən tarixədək lazımi sənədləri
kufmhs@karabakh.edu.az elektron poçt ünvanına başlıqda “Satınalma
üzrə mütəxəssis” yazmaqla göndərməyiniz xahiş olunur.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar