İşəgötürən: Qarabağ Universitetinin tabeliyində “Qarabağ Universitetinin
Klinikası” publik hüquqi şəxs
Vəzifə: Satınalma üzrə mütəxəssis
İşin təsviri:
- Klinikada satınalma fəaliyyətinin planlaşdırılmasında iştirak etmək,
struktur bölmələrin tələbatlarının əvvəlcədən müəyyən olunması
məqsədilə müvafiq məlumatların toplanması; - İllik satınalma planının hazırlanması və Azərbaycan
Respublikasının qanunvericiliyinə əsasən müəyyən edilmiş müddət
çərçivəsində Dövlət Satınalmalarının Vahid İnternet Portalında
yerləşdirilməsinin təmin edilməsi; - Satınalma prosedurlarına dair Əsas Şərtlər Toplusunun
hazırlanması; - Elektron satınalma portalında müvafiq elanların yerləşdirilməsi;
- Satınalma prosesində ehtimal olunan qiymətin müəyyən edilməsi
məqsədilə bazar araşdırmalarının aparılması və qiymətləndirmə
sənədlərinin təsdiqlənməsi; - İxtisaslaşmış təchizatçıların müəyyən olunması, onların siyahısının
hazırlanması və dəvət məktublarının göndərilməsi; - Satınalma prosedurlarının həyata keçirilməsi, tender sənədlərinin,
iclas və yekun protokollarının hazırlanması və komissiya tərəfindən
təsdiqi prosesinin təşkili; - Yekun protokolların aidiyyəti üzrə dövlət orqanına təqdim edilməsi
və qeydiyyat prosesinə nəzarət; - Satınalmaların nəticələri ilə bağlı bildirişlərin və müqavilə
məlumatlarının müəyyən olunmuş müddətdə elektron portalda
yerləşdirilməsi, həmçinin iştirakçı şirkətlərə rəsmi məlumatın
verilməsi; - Satınalma komissiyasına daxil olan sorğuların cavablandırılması və
iştirakçılarla effektiv kommunikasiyanın təmin edilməsi; - Satınalma müqavilələrinin hüquq və maliyyə şöbəsi ilə əməkdaşlıq
çərçivəsində hazırlanması, dəyişikliklərin, əlavələrin işlənməsi
vəicraya nəzarət - Hesab-faktura və aktların müqavilə öhdəliklərinə uyğunluğunun
yoxlanılması; - Satınalma prosedurlarına dair rəhbərliyə və müvafiq dövlət
qurumlarına hesabatların hazırlanması; - Satınalma üzrə aylıq və illik fəaliyyət hesabatlarının tərtib edilməsi;
- Dövlət büdcəsi layihəsinin hazırlanmasında iştirak.
Tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və ya müvafiq sahələr üzrə);
- Dövlət satınalmaları sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının “Dövlət Satınalmaları Haqqında”
Qanununu və müvafiq normativ aktları bilməli; - etender.gov.az portalı ilə işləmək bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı (Rus və İngilis
dillərini bilməsi üstünlükdür); - MS Office proqramlarında (xüsusilə Word və Excel) və ERP
sistemlərində sərbəst işləmək bacarığı.
Tələbolunansənədlər: - tərcümeyi-hal;
- CV;
- ali təhsili təsdiq edən sənəd və ya sənədlərin surəti.
Rəqabətədavamlı əməkhaqqı təklif olunur.
Müraciət üçün son tarix:30 iyun 2025-cü il
Müraciət üçün qeyd edilən tarixədək lazımi sənədləri
kufmhs@karabakh.edu.az elektron poçt ünvanına başlıqda “Satınalma
üzrə mütəxəssis” yazmaqla göndərməyiniz xahiş olunur.