16-29 yaş arası, qida təhlükəsizliyi və ya oxşar sahələr üzrə təhsili olan gənclər “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupuna qoşulmaq üçün müraciət edə bilərlər.
Yeni könüllülər təlimlərdə, infoturlarda, maarifləndirmə tədbirlərində və sorğularda iştirak edəcəklər. Onlar həmçinin müxtəlif təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində keçirilən fəaliyyətlərə cəlb olunacaq, barələrində məlumat bazaya əlavə ediləcək və sertifikatla təmin olunacaqlar.
Təşəbbüsün məqsədi qida təhlükəsizliyi və gənclər siyasətinə ictimai dəstək vermək və gənclərin bu sahələrdə fəal iştirakını təşviq etməkdir.