📜 Vəzifə öhdəlikləri:
✔️ Satınalma əməkdaşları tərəfindən göndərilən günlük satış və endirim qiymətlərini sistemə daxil etmək
✔️ Daxil edilən bütün kampaniyaların günlük və həftəlik yoxlanmasına nəzarət etmək
✔️ Bazar araşdırma komandası tərəfindən təqdim olunan qiymət məlumatlarını yoxlamaq və sistemə düzgün daxil olunmasını təmin etmək
✔️ Marketlərdəki iş yükünü nəzərə alaraq gündəlik endirim sayına nəzarət etmək, qeyri-funksional yüklənmənin qarşısını almaq
✔️ Endirimlərlə bağlı kassada yaranan texniki problemləri operativ şəkildə araşdırmaq və həll etmək
📜 Namizədə dair tələblər:
✔️ Təhsil: Ali (Biznesin idarə olunması, Marketinq və ya digər uyğun sahələr üzrə)
✔️ İş təcrübəsi: Müvafiq sahədə 2 il
✔️ MS Excel proqramında yaxşı səviyyədə işləmə bacarığı
✔️ ERP və ya digər müvafiq sistemlərlə işləmə təcrübəsi (üstünlükdür)
✔️ Analitik və tənqidi düşüncə, Diqqətlilik, operativlik və məsuliyyətlilik bacarıqları
📍 Əlavə təminatlar:
Nahar
Servis xidməti
Korporativ nömrə
📍 İş qrafiki:
İş saatları 09:00 – 18:00;
Nahar fasiləsi: 13:00-14:00
Şənbə və Bazar istirahət günləri
📩 Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Qiymət Dəyişimi üzrə aparıcı mütəxəssis yazaraq” cv@oba.az mail ünvanına göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.