Brendimizin vizual istiqamətini gücləndirmək üçün kreativ, məsuliyyətli və sistemli işləməyi bacaran dizayner axtarırıq.
Bu rol sadəcə post hazırlamaq deyil. Bu rol brendin vizual dilini formalaşdırmaq və onu davamlı inkişaf etdirmək üçündür.
Nələr edəcəksən?
• Sosial media üçün post, story, reel cover və carousel vizuallarının hazırlanması
• Reklam kampaniyaları üçün banner, poster, cover, flyer, roll-up və billboard dizaynı
• Məhsul kateqoriyalarına uyğun qablaşma dizaynlarının yaradılması
• Mövcud etiket və dizaynların redaktəsi
• Kampaniyalar üçün key visual və kreativ konseptlərin işlənməsi
• Onlayn və offline tədbirlər üçün vizual materialların hazırlanması
• Kataloq, broşür, buklet və digər çap materiallarının dizaynı
• Brend kitabçasına uyğun vizual üslubun qorunması və inkişaf etdirilməsi
• SMM və marketinq komandası ilə koordinasiyalı işləmək
• Çap və rəqəmsal format standartlarına uyğun işləmək
• Faylların düzgün adlandırılması və sistemləşdirilməsi
Kimləri axtarırıq?
• Junior+ səviyyədə dizayner
• Middle səviyyə açıq üstünlükdür
• Adobe Photoshop və Illustrator ilə sərbəst işləmək
• Adobe InDesign bilikləri
• Kompozisiya, rəng və vizual balans anlayışı
• Deadline-larla işləmə bacarığı
• Komanda ilə effektiv ünsiyyət
Üstünlükdür:
• After Effects və ya Premiere Pro bilikləri
• 3D proqramlarla tanışlıq
• Motion və ya animasiya bacarığı
Biz nə təklif edirik?
• Kreativ ideyaların real tətbiq olunduğu mühit
• Vizual qərarlarda söz haqqı
• Sürətli iş axını və çevik qərarvermə
• Brendin inkişafında aktiv rol
Əgər portfolionda real işlər varsa və dizaynı sadəcə gözəl görünüş yox, sistemli yanaşma kimi görürsənsə, müraciət et.
CV və portfolio: info@kechid.com



