spot_img
Ana SəhifəKaryera"Rəqəmsal Yollar" təcrübə proqramına müraciətlər açıqdır!
spot_img

“Rəqəmsal Yollar” təcrübə proqramına müraciətlər açıqdır!

Azərbaycanın ən böyük işəgötürən şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Sizi “Rəqəmsal Yollar” təcrübə proqramına qoşularaq texnologiya ilə gələcəyi qurmağa dəvət edir!

Aşağıdakı istiqamətlərdən birini “vəzifə başlığı” bölməsində qeyd etməklə, seçdiyiniz sahə üzrə təcrübə proqramında iştirak etmək imkanı əldə edəcəksiniz:

Proqramlaşdırma mühəndisliyi

  • Java, C#, Python proqramlaşdırma dilləri və alətlərindən istifadə edərək rəqəmsal həllərin hazırlanması

DevOps mühəndisliyi

  •  Linux ƏS-li platformalarda mövcud sistem, xidmət və infrastrukturun analiz olunaraq təkmilləşdirilməsi

Layihə idarə edilməsi

  • Biznes modelləşdirmə və analiz metodologiyaları ilə Jira, Confluence kimi idarəetmə alətlərindən istifadə edərək layihələrin effektiv planlaşdırılması, həyata keçirilməsi və idarə olunması

Biznes analitikası

  • Mövcud biznes proseslərini təhlil edərək təkmilləşdirmə imkanlarının müəyyənləşdirilməsi və bu əsasda iş axışlarının, funksional tələblərin və texniki spesifikasiyaların hazırlanması

Sistem inzibatçılığı

  • Sistemlərin dizaynı və onların texniki xüsusiyyətlərinin hazırlanması

Data analitikası

  • Məlumat bazalarından (SQL) məlumatların əldə edilməsi və təhlil üçün hazırlanması

Texniki dəstək

  • Ofisdə istifadə olunan bütün İT avadanlıqlara texniki baxışın həyata keçirilməsi və yarana biləcək nasazlıqların vaxtında həlli üçün operativ reaksiya verilməsi.

Təcrübə proqramı dövründə Siz aşağıdakılardan faydalanmaq şansı əldə edəcəksiniz:

  • Ödənişli təcrübə imkanı;
  • Nəzəri biliklərinizi real iş mühitində tətbiq etmək imkanı;
  • Peşəkar heyətimizin təcrübəsindən faydalanmaq imkanı;
  • Şirkətdaxili təlim fürsətləri;
  • Gələcək karyera imkanı;
  • Dəyişkən iş qrafiki.

Tələblər

  • Müvafiq sahə üzrə 4-cü kurs bakalavr və ya magistr təhsili almaqda olan tələbələr; 
  • İngilis və ya Rus dili biliklərinə üstünlük verilir; 
  • Müraciət etdiyi sahə üzrə sertifikatların olmasına üstünlük verilir.
CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar