🔊 “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Neftçala gəncləri üçün liderlik məktəbi” layihəsinə qeydiyyat başladı!
Layihənin əsas məqsədi gənclərin liderlik və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirmək, onların yeni bilik və təcrübələr qazanmasına dəstək vermək, effektiv kommunikasiya və yaradıcı düşüncə kimi keyfiyyətlərə yiyələnmələrinə imkan yaratmaq, eyni zamanda gənclər arasında şəbəkələşməni genişləndirməkdir.
17-29 yaşarası gənclər üçün nəzərdə tutulan layihə 3 ay davam edəcək və proqramı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.
⌛ Müraciət üçün son tarix: 21 yanvar 2025-ci il