Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavriat səviyyəsində təhsil alan tələbələri İtaliyanın Roma Sapienza Universitetində 2025/2026 tədris ilinin payız semestrində təhsil almaq üçün müraciət edə bilərlər.
Tədris olunan ixtisas və fənlərin siyahısı
● İxtisaslar və illər üzrə tədris planları (https://corsidilaurea.uniroma1.it/en)
Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:
● Bakalavr tələbəsi olmaq (1-ci və 2-ci kurs)
● Transkript (ÜOMG minimum 75 bal)
● İngilis dili biliyini təsdiq edən sənəd (minimum B2 səviyyəsi)
QEYD: Mübadilə əməkdaşlıq müqaviləsi çərçivəsində aparıldığına görə Roma Sapienza Universitetində 1 semestrlik təhsil haqqı istisna olmaqla, digər bütün xərclər (yol, qalmaq və gündəlik xərclər) tələbənin özü tərəfindən qarşılanacaq.
Mübadilədə iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri international@aztu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
● Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.
● IELTS və ya TOEFL sertifikatı olanlara seçim zamanı üstünlük veriləcək.
● Sertifikat təqdim edilmədikdə ingilis dili biliyi üzrə imtahan təşkil olunacaq.
Müraciət üçün son tarix: 14.04.2025
Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.
Əlaqə:
Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq)
E-poçt: international@aztu.edu.az
Tel: (+994 12) 539 13 48