Bu il ikinci dəfə olaraq tələbələr üçün Məhəmmədəli İbrahimli İnkişaf Proqramını elan edirik. Məhəmmədəli İbrahimli Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə 13 oktyabr 2020-ci ildə 23 yaşında şəhidlik zirvəsinə ucalıb. Onun əzmkarlığı və dəyərləri, gənc nəsillərə ilham vermək məqsədilə təşkil edilən bu proqramda 23 tələbənin seçilərək inkişaf etdirilməsi nəzərdə tutulub.
İnkişaf proqramı çərçivəsində iştirakçılara:
- Karyera və şəxsi inkişaf sahələrində təlimlə
- İxtisas sahəsinə uyğun peşəkar mentorların dəstəyi
- Ekspertlərlə görüşlər və şəbəkələşmə imkanı təqdim olunacaq.
Proqrama müraciət etmək üçün tələblər aşağıdakı kimidir:
- 2025/2026-ci tədris ilində 2-ci və ya 3-cü kurs bakalavr tələbəsi olmaq;
- Sosial və akademik aktivliyi olan, cəmiyyətə faydalı işlərlə fərqlənən tələbə olmaq
- ÜOMG-nin 80% və daha yuxarı olması.
Əgər yuxarıdakı şərtlərə cavab verirsinizsə, qeydiyyatdan keçmək üçün aşağıdakı keçidi istifadə edə bilərsiniz.



